Putin Kim Çenlə görüşməyəcək - KREML
28-03-2018 14:30
Baxış sayı:
6343

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen İnlə görüşü planlaşdırılmır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, hələlik belə bir görüş müzakirə edilmir.
Qeyd edək ki, Kim Çen İn Çinə səfər edib. Bu, onun ilk xarici səfəridir.




















