Prezidentin şəxsi məlumatları internetə sızdırıldı

Baxış sayı:
415

Braziliyanın “Anonymous Brasil” haker qruplaşması ölkə Prezidenti Jair Bolsonaru, onun oğulları, hökumət üzvləri, habelə prezidentə dəstək verən iş adamları və siyasətçilərin şəxsi məlumatlarını ehtiva edən məlumatlarını yayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Globo” telekanalı xəbər verib.
 

Məlumatlar arasında şəxsi telefon nömrələri, yaşayış ünvanları, habelə əmlak məlumatları yer alıb. Sosial şəbəkə qanunsuz paylaşımları dərhal silib və istifadəçi müqaviləsini pozduğuna görə hakerlər birliyinin ehtimal olunan hesabını bloklayıb.
 
Bildirilir ki, dövlət başçısından əlavə digər zərərçəkənlər arasında senator Flaviu Bolsonaru, federal millət vəkili Eduardu Bolsonaru, Rio-de-Janeyro şəhər qanunverici məclisinin deputatı Karlos Bolsonaru (hamısı prezidentin övladlarıdır - red.), Təhsil naziri Abraham Veyntraub, Qadınlar, Ailə və İnsan Hüquqları üzrə nazir Damaris Alves, iş adamı Lusianu Hanq var. Onların bir qismi şəxsi məlumatlarının yayılmasını artıq təsdiqləyib.