Prezident İlham Əliyev sərəncam verdi

Baxış sayı:
11449

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə sərəncamda qeyd edilir ki, Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
 
Əliyev Ağasəf Dünyamalı oğlu
 
Qurbanov Rəhman Əlisgəndər oğlu
 
Məmmədov Aqil Nəcəfəli oğlu.
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif ediliblər:
 
3-cü dərəcəli “Əmək” ordeni ilə
 
Ağayev Bağış Ağaqulu oğlu
 
Əliyev Yaşar Aşır oğlu
 
Məhərrəmov Yaşar Üzeyir oğlu
 
“Tərəqqi” medalı ilə
 
Abdullayev Ənvər Əmiraslan oğlu
 
Budaqov Ələddin Məhəmməd oğlu
 
Əmrəliyev Rafiq Mehi oğlu
 
Əskərov Əskər Əkbər oğlu
 
İsmayılov Rəhimulla Dadaş oğlu
 
Mustafayev İzzət Mehti oğlu
 
Tağıyev Mərdan Mirzə oğlu.