Poroşenko parlamentdə yatıb qaldı... - VİDEO
17-09-2019 13:47
Baxış sayı:
9007

Ukraynanın sabiq Prezidenti Petro Poroşenko ötən gün Ali Radanın iclasında mürgüləyib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin anın görüntülərini eks-deputat Aleksandr Onişenkop feysbuk hesabında paylaşıb.
“Petro yorulub, yuxudan ayıla bilmir. Çünki gecə-gündüz təcavüzkarı necə dayandıracağını düşünür”, - deyə o, qeyd edib.
Eks-dövlət başçısının bu görüntüləri sosial şəbəkədə lağlağılı müzakirələrə səbəb olub. Belə ki, bəziləri onun artıq çox qocaldığını deyərək evdə oturmağı məsləhət görüblər.