​PKK üçün SON QIŞ

Türkiyə Silahlı Qüvvələrinin ölkə daxili və sərhədlərdə apardığı əməliyyatlar PKK terror təşkilatını çarəsizlik içində qoyub.
İraqın şimalındakı 2 PKK terrorçusunun dialoqu əldə edilib.
Qruplaşmadakı həyəcan və narahatlıq da bir-biriləri ilə danışarkən ortaya çıxıb. Onlar “Bu qış soyuqdan donaraq öləcəyik. Sayımız getdikcə azalır. Artıq yardım da gəlmir” kimi problemlərindən danışıblar.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri son bir ayda 169 PKK üzvünü məhv edib. Bununla yanaşı, terrorçulara aid düşərgə və sığınacaqlar da dağıdılıb.