Peskov Putin-Zelenski görüşünə "mədəni şəkildə YOX dedi"

Baxış sayı:
8284

Kremldə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Zelenski ilə Putinin görüşünü təşkil etmə təklifinə cavab gəlib.
Rusiya prezidentinin mətbuat katibi Peskov cavab olaraq bildirib ki, təklifə görə Nazarbayevə minnətdardılar və Qazaxıstanın Ukrayna-Rusiya əlaqələrini yoluna qoymaq cəhdlərini yüksək qiymətləndirirlər. Peskov vurğulayıb ki, Putin “bu münasibətlərin “reanimasiyası”nının, onların normal axarına qayıtmasının” tərəfdarıdır, amma Kiyevin də buna cəhd etməsi lazımdır. Hal-hazırda biz prosesin “normand formatına” hazırlanmasına diqqətimiz yönəltmişik”, deyə Peskov bildirdi.
Muxalifet.az