Pentaqon başçısı: “İran Suriyada qaydalarla oynamır”

“İran Suriyada qaydalar üzrə oynamır”.
 
Bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis jurnalistlərə bildirib.“Bəli, iranlılar qaydalara riayət etmirlər. Biz hesab edirik ki, ruslar onları vaxtaşırı bəzi şeyləri etməyə inandırmağa çalışırdılar”, - Mettis deyib.
Suriya hakimiyyətini dəstəkləyən İran hərbçiləri ilə toqquşmanın mümkünlüyünə gəlincə, müdafiə naziri İran qoşununun onlara hücum etmədiyi halda, belə ehtimalın olmadığını vurğulayıb.