​Pentaqon 2018-ci il üçün əsas vəzifəsini açıqladı

2018-ci ildə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əsas vəzifələrindən biri Rusiyaya strateji müqavimət göstərmək olacaq.
Muxalifət.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin baş inspektorunun yeni məruzəsində deyilir.
“Rusiya ciddi nüvə arsenalına malikdir. Bundan başqa, adi silahları əhəmiyyətli dərəcədə inkişaf etdirib, quru, hərbi dəniz, hərbi hava, strateji və operativ güclərinin gücünü artırıb, assimetrik və qeyri-ənənəvi döyüş hərəkətlərinin aparılması üçün potensial yaradıb”, - sənəddə qeyd olunub.
Sənəddə Rusiyanın xarici siyasətinin, həmçinin Suriyadakı fəaliyyətinin analizinə xüsusi diqqət ayrılır.