​Paşinyanın medallarını 63 yaşlı qadın oğurlayıbmış... – ETİRAF

Baxış sayı:
1909

Ermənistanın baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib.
 
Muxalifet.az bildirir ki, "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.
 
Hüquq-mühafizə orqanlarının məlumatına görə, medallar yanvarın 30-da, binanın üçüncü mərtəbəsində istifadə olunmayan zalın stendindən yoxa çıxıb. Oğurluq faktı üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər təxminən 20 nəfəri dindiriblər.
 
Arutyunyan bildirib ki, Baqramyan 26 prospektində işləyən 1956-cı il təvəllüdlü qadın Yerevanın Arabkir rayonunun İstintaq Bölməsinə etiraf edib ki, yanvarın 30-da xatirə medallarını o oğurlayıb. 
 
Qiymətli şeylər daha sonra yerinə qaytarılıb.
 
Daha əvvəl bildirilib ki, Ermənistanın xaricdəki diplomatlarının sayı 20-30 faizədək ixtisar edilir.