Paşinyan razılıq verdi: Ter-Petrosyan və Köçəryan Moskvaya uçurlar

Baxış sayı:
1243

Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfərinə icazə verib.

Virtualqa.org bildirir ki, bubu jurnalistlərə Nikol Paşinyanın mətbuat katibi Mane Gorgian deyib.

Onun sözlərinə görə, əvvəllər Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan Nikol Paşinyana müraciət edərək Levon Ter-Petrosyan və Robert Köçəryanın Rusiya elitasının nümayəndələri ilə görüşmək və mövcud vəziyyətin həll yollarını müzakirə etmək üçün Moskvaya getmək istədiklərini söyləyiblər.

"Baş nazir Nikol Paşinyan bu təşəbbüs üçün heç bir maneə ola bilməyəcəyini vurğulayaraq bu təkliflə razılaşıb", - deyə mətbuat katibi bildirib.