Paşinyan Qarabağda döyüş mövqelərində - FOTO

Baxış sayı:
1730

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla birlikdə bu gün Qarabağda yerləşən döyüş mövqelərində olub.

Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri yazıb.

Məlumata görə, Paşinyan infrastrukturların gücləndirilməsi üçün aparılan mühəndis işləri ilə tanış olub.

Qeyd edilir ki, Paşinyan və Arutyunyan hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət ediblər.