Paşinyan "pusquya durub" Putini gözlədi - Niyə Qarabağ haqda kitab verdi?

Baxış sayı:
364

Ötən gün Aşqabadda keçirilən MDB sammiti zamanı daha bir kazus yaşanıb. Ermənistanın baş naziri Nikol Paşinyan onu müşaiyət edən nümayəndə heyətinin üzvləri ilə qapının ağzında “pusquya durub” və Rusiya prezidenti Vladimir Putinin zaldan çıxmasını gözləyib. Putin zaldan çıxanda Paşinyan ona yaxınlaşıb və Minsk Qrupunun keçmiş rusiyalı həmsədri, özünün açıq-aşkar ermənipərəst mövqeyi ilə tanınan Vladimir Kazimirovun “Qarabağa sülh” adlı kitabını ona verib.
Muxalifet.az
xəbər verir ki, bu hərəkət sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. İstifadəçilər Paşinyanın növbəti dəfə protokol qaydalarını pozduğunu, onun rusiyalı həmsədrin Qarabağ haqda kitabını Putinə verməsinin anlamsız olduğunu qeyd ediblər.
Xatırladaq ki, Paşinyan Putinin bu günlərdə Yerevana səfəri zamanı da protokol və nəzakət qaydalarını pozmuşdu.
Nikol Paşinyan sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı öznün Facebook səhifəsində Putinə niyə kitab verdiyini izah etməyə çalışıb.
“Bu məsələ müzakirə predmeti olduğu üçün izah edirəm: Rusiya prezidenti Vladimir Putinə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun “Qarabağa sülh” kitabını hədiyyə etdim. Kitab “erməniyönümlü” deyil. Sadəcə olaraq Kazimirov 1992-1996-cı illərdə Qarabağ məsələsi ilə məşğul olub, atəşkəs haqda razılaşmanın imzalanması üçün böyük səy göstərib. Və öz kitabında, şahid kimi, Qarabağ münaqişəsinin təəsüf ki, yaddan çıxarılan bir sıra vacib nüanslarını xatırladır. Və nəhayət kitabın özünün möhtəşəm adı var-“Qarabağa sülh””,-Paşinyan bildirib. / azpolitika.info