​PAŞİNYAN BÜTÜN DÖVLƏT İDARƏLƏRİNİ DİNLƏDİR – “Onun göstərişi ilə bütün dövlət idarələrinin hər kabineti, hər foyesi dinləyicilərlə ağzına kimi doldurulub”

Baxış sayı:
249

Ermənistan Müdafiə Nazirliyində əməkdaşların dinlənildiyi üzə çıxıb.
Qafqaz.media
xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır. Məlumata görə, Nikol Paşinyan öz kölgəsindən belə çəkinir.
Qəzet yazır ki, Paşinyan nəinki milyon dollarla vəsait xərcləyib xaricdən təhlükəsizlik proqramları alır və siyasi rəqiblərini dinlətdirir, həmçinin onun göstərişi ilə bütün dövlət idarələrinin hər kabineti, hər foyesi dinləyicilərlə ağzına kimi doldurulub.
«Müdafiə Mazirliyində yaxın zamanlarda kifayət qədər diqqətəlayiq insident baş vermişdi. Müdafiə Nazirliyi nəzdindəki qurumlardan birinin rəhbəri yüxarı instansiyanın göstərişi ilə öz aparatının 4 əməkdaşını sorğuya çəkib. O qurum əməkdaşlarından iş yerində və iş vaxtı dövlət başçısını - Nikol Paşinyanı tənqid etdiyini və onu "torpaqları satmış" və "təslimçi" adlandırdığına görə hesab verməyi tələb edib.
Növbə rəisi əməkdaşları, o cümlədən də işçi qadını “xalça üzərinə” çağırıb və izahat tələb edib. Kişi əməkdaşlar bunu daha etməməyə söz verib, peşman olduqlarını ifadə ediblər, qadın əməkdaş isə geri addım atmayaraq cavab olaraq bildirib ki, düz edib, bu, onun konstitusion hüququdur. Bəlkə Ermənistan daha demokratik dövlət deyil və öz fikrini ifadə etmək olmaz?", - deyə qəzet yazır.