“Pandemiya Yeni ilə qədər başa çatmayacaq”– “Mümkündür ki, ciddi ağırlaşmalar olsun”

Baxış sayı:
1714

Rusiya Elmlər Akademiyasının (REA) akademiki Virktor Maleyev COVİD-19 xəstəliyinin dünyada artımını şərh edib.

Onun sözlərinə görə, artım ondan xəbər verir ki, koronavirs pandemiyası tezliklə başa çatmayacaq. “Rospotrebnadzor”un Mərkəzi elmi-tədqiqat epidemiologiya institutu direktorunun elmi işlər üzrə müşaviri “Milli layihələr” portalına verdiyi müsahibədə bəyan edib ki, «infeksiyalar mahiyyət etibarilə heç vaxt qurtarmırlar».

Ekspert izah edib ki, ÜST-nın məlumatlarını nəzərə alsaq, «deyə bilərik ki, pandemiyanın miqyası qarşısında bənd hələ qabaqdadır».

O, pandemiyanın Yeni ilə qədər davam edəcəyini proqnozlaşdırır: «İnsanlar təyyarələrdə uçurlar, qloballaşmadır, ona görə də real olaraq, pandemiya Yeni ilə qədər dəqiq başa çatmayacaq. Hətta mümkündür ki, ciddi ağırlaşmalar da olsun».

Koronavrusun mümkün ikinci dalğasından danışakən, Maleyev etiraf edib ki, «hələlik demək çətindir, ikinci dalğa olacaq, yoxsa yox»./Azpolitika.info