Özbəkistan və Əfqanıstan arasında 10 İLLİK MÜQAVİLƏ imzalandı

Baxış sayı:
3656

Daşkənddə keçirilən Mərkəzi Asiya Energetika Forumu çərçivəsində Özbəkistanın Əfqanıstana elektrik enerjisi satmasına dair on illik müqavilə imzalanıb.

Elektrik enerjisi qonşu ölkəyə tikilməkdə olan Surxan-Puli Xunri elektrik xətti ilə veriləcək. Özbəkistan bu layihəni cari ilin dekabrında başa çatdırmağı planlaşdırır. İlkin mərhələdə Əfqanıstana 4,2 milyard kilovat-saat elektrik enerjisi veriləcək. Sonra isə bu rəqəmin 6 milyard kilovat-saata çatdırılması nəzərdə tutulur.(Azərtac)