Ölkədən çıxışına qadağa qoyulmuş şəxslərə ŞAD XƏBƏR
2-04-2019 20:07
Baxış sayı:
10369
Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə AZAL-ın Feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.
Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.