Türkiyədən uyğur türkləri ilə bağlı - Bəyanat
9-02-2019 23:28
Baxış sayı:
6292
Çini uyğur türklərinin insan haqlarına hörmət etməyə və düşərgələri bağlamağa dəvət edirik.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Nazirlik çinlilərin uyğur türklərinə qarşı sistemli şəkildə assimilyasiya siyasətinin böyük utanc olduğunu bildirib, məsələnin Çin hökuməti tərəfindən diqqət mərkəzində saxlanılması istənilib.
Qeyd edək ki, Çin hökuməti əksəriyyəti uyğur türklərindən ibarət olan 23 milyon müsəlman üçün mərkəzlər yaradıb.