Kabildə növbəti partlayış: 4 ölü, 44 yaralı
14-01-2019 21:39
Baxış sayı:
6973
Əfqanıstanın paytaxtı Kabildə bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 4 nəfər ölüb, 44-ü yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danış Feysbuk səhifəsində yazıb.
Bundan əvvəl paytaxtın hava limanı yaxınlığında yerləşən, əsasən, əcnəbilərin yaşadığı və güclü mühafizə olunan “Green Village” kompleksi yaxınlığında bu gün axşam saatlarında partlayıcı maddə ilə dolu avtomobilin partladıldığı bildirilmişdi.