Nikol Paşinyan Ermənistanın baş naziri təyin edilib
14-01-2019 13:15
Baxış sayı:
6451
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.
Məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, o, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.