Vəkili Maradonanın səhhətindən danışdı
13-01-2019 21:56
Baxış sayı:
13567
Futbol tarixinin ən böyük ulduzlarından Dieqo Armando Maradona xəstəxanadan evə buraxılıb. Muxalifet.az xəbər verir ki, bu barədə keçmiş futbolçunun vəkili Matias Morla açıqlama yayıb. O bildirib ki, Maradona onun üçün narahatlıq keçirən və dəstək verən hər kəsə təşəkkür edib. Qeyd edək ki, Maradona mədə-bağırsaq qanaxmasına görə xəstəxanaya yerləşdirilmişdi.