Ulduz futbolçu Türkiyəni tərk edir
13-01-2019 20:25
Baxış sayı:
13516
Türkiyənin "Beşiktaş" klubunun hollandiyalı ulduzu Rayan Babel İngiltərənin "Fulxem" klubuna transfer olub. Muxalifet.az xəbər verir ki, tərəflər arasında razılaşmaya görə, ingilislər bu transfer üçün İstanbul təmsilçisinə 2 milyon avro ödəyəcək. Babelin alacağı məvacib hələlik açıqlanmır. Qeyd edək ki, R.Babel "Beşiktaş"ın heyətində 89 oyunda 29 qol vurub, 12 asist edib və 1 Türkiyə çempionluğu qazanıb.