FTB cinayətkarları bu texnologiya ilə tapır
5-01-2019 21:16
Baxış sayı:
6586
Federal Təhqiqat Bürosu (FTB) cinayətkarları yaxalamaq üçün “Amazon” şirkətinin üz tanıma texnologiyasından (“Rekoqnişın”) istifadə edir.
Muxalifet.az xəbər verir ki, bunu FTB-nin Terrorla Mübarizə Şöbəsinin müdir müavini Kristin Halvorsen deyib. O, texnologiyanın terrorla mübarizə istintaqında effektiv nəticə verdiyini bildirib:
“7 gün 24 saat işləyən agentlərimiz və analitiklərimiz var, amma işçilərimizin həftələrlə gördüyü işi “rekoqnişın” 24 saatda görə bilir”.
ABŞ Mülki Azadlıqlar Birliyi isə “Amazon”dan sözügedən texnologiyanı hüquq-mühafizə orqanlarına satışını dayandırmağı tələb edib.