Suriyalı müxaliflər Əsəd ordusuna tələ qurdu
19-12-2018 18:16
Baxış sayı:
5935
Anadolu Agentliyinin Suriyadakı hərbi müxaliflərdən aldığı məlumata görə, Əsəd rejiminin qüvvələri Hama şəhərinin şimalında yerləşən Masasne cəbhəsinə sızma əməliyyatı keçirib. Hücumu əvvəlcədən xəbər alan müxalif hərbçilər rejim güclərinə tələ qurub.
Tələdə ən az 30 rejim hərbçisi öldürülüb, 10-dan çoxu yaralanıb.
Azad Suriya Ordusu birliklərindən İzzət Ordusunun sözçüsü Mustafa Maarati etdiyi açıqlamada, "Apardığımız kəşfiyyat çalışmasından sonra Əsəd rejimi qoşunlarının cəbhə marşrutlarımıza sızma təşəbbüsü edəcəyini öyrəndik. Buna qarşılıq İzzət Ordusu rejim güclərinə bu gün səhər saatlarında qurduğu pusqu nəticəsində ən azı 30 hərbçi öldürüldü, 10-dan çoxunu yaraladı" deyib.
Müxalifət.az