İrandan Trampı qıcıqlandıracaq iddia

Baxış sayı:
4549

İranın rəsmi xəbər agentliyi İRNA-ya görə, İran prezidentinin birinci müavini İshaq Cihangir, Dünya Standartlar Günü münasibətiylə paytaxt Tehranda təşkil edilən bir konfransda etdiyi çıxışda, "Neft satmaq üçün əvvəlki müştərilərimizlə işi davam etdirmə yollarını axtararkən eyni zamanda yeni müştərilər də tapdıq" deyib.
 
Bəzi neft şirkətlərinin İrandan neft alışını durdurduğuna toxunan Cihangir, mövcud müştərilərin sanksiyalara qarşı həll yolları axtarışının təbii olduğunu ifadə edib.
Cihangir, neft qiymətlərindəki artımı İrana yönəlik sanksiyalara bağlayaraq, "Səudiyyə Ərəbistanı və digər ölkələrin neft bazarında İranın yerini dolduramayacağını" irəli sürüb.
ABŞ-ın İranın neft satışının qarşısını almağının mümkün olmadığını deyən Cihangir, sanksiyalara qarşı ölkəsində xüsusi şirkətlər üzərindən satış aparılacağını açıqlayıb.
ABŞ rəhbərliyinin 8 mayda nüvə razılaşmasından tək tərəfli çəkilməsindən 90 gün sonra 7 avqustda tətbiq olunan ilk mərhələ sanksiyalarla, İranın ABŞ dolları, qızıl və qiymətli metallar əldə etməsinə qadağan qoymaqla bərabər, həm də bu ölkənin polad, kömür, alüminium avtomobil və mülki aviasiya sektorları da sanksiyalar tətbiq olunub. Washington rəhbərliyinin, 5 noyabrda ikinci sanksiya paketini başlatmaqla İran neft şirkətlərinə beynəlxalq məhdudiyyətlər gətiriləcək.
Müxalifət.az