ABŞ-dan güc nümayişi: Sular isinir..
19-09-2018 09:35
Baxış sayı:
2665
ABŞ Donanması “USS Harry Truman” təyyarə daşıyıcısı və onu müşayiət edən hücum qrupu 6-cı donanma Aralıq dənizində fəaliyyət göstərdiyi ərazidə bir əməliyyat başlatdığını açıqlayıb.
Əməliyyatın "NATO müttəfiqləri, Avropa və Afrika tərəfdaş ölkələri, koalisiya tərəfdaşları və ABŞ-ın Avropada və Afrikadakı milli təhlükəsizlik maraqlarını qorumaq üçün” həyata keçirildiyi bildirilib.
6-cı donanmanın komandanı Lisa Françetti, “USS Harry Truman” təyyarə daşıyıcısı Aralıq dənizində olduğu müddətdə bütün dəniz əməliyyatlarını icra etməyi planladığını söyləyib.
Müxalifət.az