ABŞ-da silahlı adam dəhşət saçdı
13-09-2018 10:38
Baxış sayı:
6094
Kaliforniyada yerli polis səlahiyyətliləri, əyalətin cənubunda yerləşən Bakersfield şəhərində baş verən hücumda 6 adamın həyatını itirdiyini açıqlayıb.
Hadisənin meydana gəldiyi Kern bölgəsinin şərifi Donny Youngblood, kimliyi açıqlanmayan silahlı təcavüzkarın əvvəl arvadını vurduğunu, daha sonra yaxınlardakı 4 nəfəri də ard arda vuraraq öldürdüyünü bildirib.
Youngblood, başqasının maşını ilə hadisə yerindən qaçmağa çalışarkən polis şərifinin müavini ilə qarşılaşan təcavüzkarın eyni silahla intihar etdiyini bildirib.
Bölgədə araşdırma aparan polisin hücumla bağlı başlatdığı istintaq gedir.
Müxalifət.az