Karen Karapetyan Ermənistan hökumətinin başçısı oldu
23-04-2018 19:01
Baxış sayı:
3807
Ermənistanın paytaxtı İrəvanda Nazirlər Kabinetinin təcili iclası keçirilib.
Muxalifət.az “news.am”a istinadən xəbər verir ki, hökumətin növbədənkənar iclasında baş nazir vəzifəsinə müvəqqəti olaraq Sarkisyanın müavini Karen Karapetyan gətirilib.
Qeyd edək ki, K.Karapetyan 13 sentyabr 2016-cı ildən 9 aprel 2018-ci ilə qədər bu vəzifəni icra edirdi. Ölkə parlamentli idarəetmə üsuluna keçdikdən sonra 17 apreldə Sarkisyan baş nazir seçilmişdir.