TRAMP: Obama sərt olsaydı, Əsəd artıq arxiv idi
9-04-2018 09:33
Baxış sayı:
2197
Obama Suriya məsələsində kifayət qədər sərt olmayıb.
Muxalifət.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
“Əgər Prezident Obama özünün bəyan etdiyi qırmızı xətti keçsəydi, Suriya fəlakəti çoxdan həll olardı. Vəhşi Əsəd artıq tarixin parçası olardı”, – deyə o bildirib.
Qeyd edək ki, Obama bundan öncə Suriyada qırmızı xəttin kimyəvi silahın tətbiqi ola biləcəyini deyib.