64 nəfərin ölümü ilə bağlı – İLK HƏBS
28-03-2018 16:02
Baxış sayı:
7039

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzlərindən birində baş verən və 64 nəfərin ölümü ilə əlaqədar ilk həbs qərarı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kemerovo məhkəməsi məlumat yayıb.
Məlumatlara əsasən, “Qış albalısı” ticarət mərkəzinin rəhbəri Nadejda Suddenok iki ay müddətində həbs edilib.
Qeyd edək ki, faktla bağlı 4 nəfər saxlanılıb.




















