Sabiq prezidentin maşın karvanı ATƏŞƏ TUTULDU
28-03-2018 10:04
Baxış sayı:
5404

Braziliyada naməlum şəxslər ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanın maşın karvanını atəşə tutublar.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.
"Sabiq prezident Lulanın avtomobil karvanı ölkənin cənubunda - Kedas-du-İquasu və Laranceyras-du-Sul şəhərləri arasında polis müşayiəti olmadan hərəkət zamanı atəşə tutulub. İki avtobusa ziyan dəyib, xəsarət alan olmayıb", - deyə məlumatda bildirilir.




















