“Türkiyə güclənir, YPG-yə YARDIM EDƏK” – FRANSA MƏTBUATI

Fransanın “Le Fiqaro” qəzeti, Avropa ölkələrinin terror təşkilatı YPG-yə yardım etməsinin lazım olduğunu, əks halda Türkiyənin regionda əlinin güclənəcəyini yazıb. Terror təşkilatı PKK-nın Suriyadakı çıxıntılarına qarşı keçirilən əməliyyatlar Amerika və Avropada böyük bir narahatlığa səbəb olub. Türk ordusunun geri çəkilməsi üçün ard-arda yazı və açıqlamalar verən Qərb mətbuatı və səlahiyyətli şəxslərin istəklərinə rəğmən, Afrin terrorçuların işğalından azad edildi. Türkiyənin terrorla mübarizədəki bu qətiyyəti Fransız mediasında geniş yer tapmağa davam edir. ŞƏRQDƏKİ DOSTLARA XƏYANƏT İMİŞ Fransanın “Le Fiqaro” qəzetinin müəllifi Renaud Girard, "Şərqdə dostlarına xəyanət edən Qərb" başlıqlı bir yazı qələmə alıb. TÜRKİYƏYƏ QARŞI HƏRƏKƏTƏ KEÇİN ÇAĞIRIŞI “Zeytun Budağı” Hərəkatının nəticələrini dəyərləndirən Girard, Türkiyənin bölgədə əlini gücləndirməyə davam etdiyini, Avropa ölkələrinin artıq buna qarşı bir şeylər etməsinin lazım olduğunu söyləyib. OSMANLI KİMİ Türkiyənin 1974-ci ildə təşkil etdiyi Kipr Hərəkatına da Avropa ölkələrinin səssiz qaldığını ifadə edən Fransız müəllif, Osmanlı imperiyasına qarşı yaşanan səssizliyin bu gün də nümayiş etdirdiyini bildirib. Müxalifət.az




















