ABŞ-ın terrorçuları LEGİTİMLƏŞDİRMƏK OYUNU: ONLARA PARTİYA QURURLAR

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Nauert, terror təşkilatı PYD/YPG tərəfindən qurulduğu iddia edilən yeni "Suriya Gələcək Partiyası” ilə bağlı münasibət bildirib. Partiyanın çoxlu etnik tərkibdən ibarət olduğunu və o bölgənin quruluşunu təmsil etdiyini söyləyib.
Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG tərəfindən qurulduğu iddia edilən yeni "Suriya Gələcək Partiyası” ABŞ-ın gündəmindədir. ABŞ XİN-in sözçüsü Nauert, Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli (BMGK) Suriyanın gələcəyi üçün siyasi danışıqlar prosesini nəzərdə tutan qərarına hörmət edən hər bir siyasi partiyanı məmnuniyyətlə qarşıladıqlarını bildirib.
Nayert, "Suriyadakı dəhşətli vəziyyətdən çıxışı hərbi deyil, siyasi çözümdə görən bütün qrupları əlbəttə, dəstəkləyirik” deyib. “"Suriya Gələcək Partiyası” sizə görə YPG/PYD-nin bir hissəsidirmi” sualına cavab olaraq Nayert, yeni partiyanın çoxlu etnik tərkibdən ibarət olduğunu və o bölgənin quruluşunu təmsil etdiyini bildirib.
Qeyd edək ki, PYD/YPG terrorçularının siyasi partiya qurması ABŞ-ın yeni siyasi oyunudur və əməkdaşlıq etdiyi terroçu qrupun hüquqi cəhətdən legitimləşdirilməsinə xidmət edir. Bununla da terrorçu qrupu legitimləşdirərək Suriyanın gələcəyi ilə bağlı aparılan Cenevrə prosesinə daxil etmək istəyirlər.
Müxalifət.az




















