Almanları PKK TƏLAŞI BÜRÜDÜ

TSQ-nin Afrindəki terror təşkilatlarına qarşı apardığı “Zeytun Budağı” Hərəkatı davam edir. Hərəkat çərçivəsində Türk əsgərinin Afrinin mərkəzinə Türk bayrağını ucaltmasından sonra qaçan PKK-lılar Almaniyanı narahat edir.
Alman mətbuatında yer alan xəbərlərə görə, Türk ordusunun Afrinə girməsindən sonra Suriyadan Almaniyaya geri qayıdan PKK-lı terrorçular Alman rəsmiləri narahat edir.
Alman mətbuatında yer alan xəbərə görə, terror təşkilatı PKK, sıralarında döyüşmək üçün Almaniyada 300 nəfər toplayıb və Türk ordusunun Afrinə girməsindən sonra döyüş təcrübəsi olan 125 terror təşkilatı mənsubu Almaniyaya geri qayıdıb.
Türk ordusunun inventarında Alman istehsalı "G3 piyada tüfəngi" ilə "Leopard 2 tanklarının" olduğu bildirilən xəbərdə, rəsmilərin, PKK üzvlərinin bunu əsas göstərərək hücum etməsindən narahat olduğu qeyd edilib.
Xəbərdə, PKK tərəfdarlarının son dövrlərdə Almaniyada yerləşən Türklərə aid məkanlara və dini camaatlara etdiyi hücumlarda artım qeyd edildiyinə işarə edilərək, "20 yanvarda başlayan hərbi əməliyyatdan bəri ölkədəki 60 Türk kompleksinə hücum edilib" deyə, qeyd edilib.
Daxili İşlər Nazirliyinin açıqlamasına da yer verilən xəbərdə, sadəcə, Köln və Leverkusendə 6 məscidə hücum təşkil olunduğu bildirilib.
Xəbərdə, həmçinin Düsseldorf Hava Limanı kimi bəzi yerlərdə icazəsiz mitinqlər keçirildiyi və bu aksiyalarda toquşmaların baş verdiyi xatırladılıb.
Müxalifət.az




















