ATƏT-in nümayəndəsi Mehman Əliyevə qarşı cinayət işinə xitam verilməsini alqışlayıb
2-11-2017 18:34

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Turan agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı açılmış cinayət işinə xitam verilməsini alqışlayıb.
Bu barədə ATƏT-in saytında yayılan bəyanatda deyilir.
"Mən bu müsbət addımı alqışlayıram, ümid edirəm ki, bu agentlik tezliklə öz vacib işini davam etdirəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək", - bəyanatda bildirilir.
Xatırladaq ki, noyabrın 2-də baş prokurorun müavini Rüstəm Usubov cinayət işinə xitam verilməsi ilə bağlı rəsmi məktubu Mehman Əliyevə təqdim edib.