Sumqayıtda 21 yaşlı qız özünü asdı
1-11-2017 20:42
Sumqayıtda intihar olub.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmsiyyə Şəmistan qızı Zeynalova yaşadığı evdə özünü asıb.
Ş. Zeynalovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.