Rusiyadan Suriya açıqlaması: Kifayət qədər əsgər saxlayacağıq
30-10-2017 21:13

Suriyada ölkənin rejimini və xalqın təhlükəsizliyini təmin etməyə yetəcək qədər əsgər saxlamağa davam edəcəyik.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Bondarev çıxış edib.
"Hazırda Suriya torpaqlarının təxminən 95 faizi İŞİD terrorçularından təmizlənib. 2 il əvvəl Suriyadakı əməliyyatlara da tam olaraq bu məqsədlə başlamışdıq. Sülh yaratmaq missiyasının məntiqi bizə Suriyada əməliyyatları tamamlamağa, ölkədə nizam-intizamı və xalqın təhlükəsizliyini təmin etməyə yetəcək qədər əsgər saxlamağa diktə edir", - Bondarev qeyd edib.