​Trampdan yeni qərar: 11 ölkə vətəndaşları 90 gün...

ABŞ Prezidenti Donald Trampın imzaladığı qərara əsasən, 3 ay müddətində 11 ölkədən gələcək miqrantlar 90 gün ərzində nəzarət altında saxlanılacaq.
Muxalifet.az xəbər verir ki, Trampın qərarında hansı 11 ölkənin adının olduğu barədə məlumat verilməyib.
ABŞ Dövlət katibi Reks Tillerson bəyanatında bildirib ki, qərarın məqsədi ABŞ xalqını qorumaqdır: "Verilən yeni qərarların məqsədi ABŞ-ın dünyanın ən çox zərər görən insanlarına yardım etməkdir".