Türk ordusundan ağır zərbə: 11 ÖLÜ
25-10-2017 16:08
Türk ordusu hərbi bazalara hücuma hazırlaşan terrorçu dəstəsinə hava hücumu təşkil edib.
Bu barədə “Hürriyət” informasiya yayıb.
Məlumata görə, Şırnakın mərkəzi hissəsində kəşfiyyat və müşahidə vasitələri tərəfindən hücuma hazırlaşan bir qrup terrorçu müəyyən edilib. Dərhal hava hücumu təşkil edən türk ordusu 11 terrorçunu məhv edib.