​Ermənilər Medvedevi “özəlləşdirdilər” – FOTO

Erməni mətbuatı Dmitri Medvedevi Ermənistanın baş naziri kimi təqdim edib.
Muxalifet.az-ın məlumatına görə, belə bir başlıqla xəbər Ermənistanın tanınmış News.am saytında yerləşdirilib. 
“Armenia’s Medvedev arrives in Armenia” adlı xəbərdə Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistana səfərindən danışılır.
Sosial şəbəkələrdə kəskin tənqidlərdən sonra xəbərin sərlövhəsi redaktə olunub.
Qeyd edək ki, D.Medvedev oktyabrın 24-də Ermənistana rəsmi səfər gəlib. Səfər çərçivəsində Medvedev Ermənistan prezident Serj Sarkisyan və həmkarı Karen Karapetyanla görüşəcək. Baş nazir həmçinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının İrəvanda keçiriləcək toplantısında iştirak edəcək.