Ermənistan hərbçiləri qəzaya düşdülər – İKİ YARALI...
21-10-2017 13:32
Ermənistanda hərbçilər qəzaya düşüb.
Ermənistan mətbuatı xəbər verir ki, hadisə bu gün saat 06:41 radələrində “M-2” avtomobil yolunun Sisyan-İrəvan sektorunun 7-ci km-də baş verib.
Hadisə nəticəsində sürücü 1980-cı il təvəllüdlü S.H avtomobilin idarəetməsini itirərək dərəyə yuvarlanıb. Nəticədə, sürücü və avtomobildə olan 1981-ci il təcvəllüdlü E.X müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala aparılıblar./modern.az