Pentaqondan Rakkada "ÖCALAN PLAKATI" AÇIQLAMASI

 ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt, PYD/PKK-nın Rakkada terroristbaşı Abdulla Öcalanın portretini asıb, Rakkanın azad edilməsini terrorçu başına ithaf edilməsi ilə bağlı suala cavab verməkdən yayınıb.
 
Müxalifət.az xəbər verir ki, jurnalistin Pentaqon sözçüsünə verdiyi sualdan yayınaraq birbaşa cavablandırmayan Dana Uayt, "SDG (PKK/PYD) ilə çalışırıq. Onları dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik" kimi ümumi, yalnız həddini aşan sözlərlə fikrini bildirib.
Dana Uayt, ABŞ Baş Qərargah rəhbərliyinin sözçüsü general-leytenant Frank Mckenzie ilə Pentaqonda mətbuat konfransı keçirib.
 Anadolu Agentliyiin müxbirinin "Rakka, ABŞ xalqından toplanan milyonlarla dollarlıq vergilər və yerli qüvvələrə təlim verən ABŞ qüvvələrinin yardımları ilə xilas edilib. Ancaq PKK/PYD, Rakka qələbəsini ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın başçısına həsr etdiyini açıqlayıb. Qəddar bir terror təşkilatından ABŞ-ın dəstəyi ilə alınan bir şəhərin azad edilməsi, Vaşinqton tərəfindən də terror təşkilatı kimi tanınan başqa bir qəddar terror təşkilatına həsr olunması sizin üçün qəbul edilə bilərmi"? sualı qarşısında Uayt belə cavab verib:
 "Biz orada SDG (PKK/PYD) ilə çalışırıq. İŞİD ilə mübarizələrini dəstəklədik. Bizim yeganə bağlılığımız İŞİD-ə qarşı mübarizədir və bunu etməyə davam edəcəyik".
Müxalifət.az