Türk ordusu İraqın şimalını bombaladı - PKK İTKİ VERDİ
19-10-2017 12:18

Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarələri İraqın şimalında PKK terror təşkilatına məxsus obyektləri bombardman edib.
Bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Türk ordusu aviazərbələri İraqın Zap rayonu ərazisinə endirib.
Aviazərbələr nəticəsində PKK-nın nə qədər itki verdiyi açıqlanmayıb.