​Liberman: ABŞ-sız da İranla bacararıq

ABŞ-ın dəstəyi olmadan belə İranın qarşısında dayana bilərik.
Bunu İsrailin “Kanal 2” televiziyasına müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.
“İsrail ABŞ-dan dəstək almadan belə İranla savaşa bilər. Bunun üçün bütün imkanlara sahibik. Trampın İran strategiyasını təkcə biz yox, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər Fars körfəzi ölkələri də dəstəkləyir”, – deyə o bildirib.