​ABŞ Obamanın tapşırıqlarını icra edir - RUSİYA

ABŞ-ın Suriyadakı Ət-Tanf bazası yaxınlığındakı fəaliyyəti ölkəni bölmək cəhdini xatırladır.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Qeorqiy Borisenko deyib. Onun sözlərinə görə, Amerika tərəfi İŞİD-lə qarşılıqlı əlaqəni inkar etsə də, Rusiya öz təcrübəsinə əsaslanaraq Pentaqonun Suriyada müxtəlif ekstremist qruplarla tez-tez qarşılıqlı əlaqə qurduğunu yaxşı bilir:
"Əlbəttə ki, bizim bu məsələ ilə bağlı çoxlu suallarımız yaranır. Görəsən, amerikalıların Suriyada nə işi var? Rusiya qüvvələrindən fərqli olaraq, onlar beynəlxalq hüququ pozaraq orada yerləşiblər. Vaşinqtonu Suriyada İŞİD-lə mübarizə yox, Dəməşq hökumətinin devrilməsi maraqlandırır. Görünür, ABŞ Barak Obama dövründən qoyulan tapşırığın icrasında əl çəkməyib".
Qeyd edək ki, Rusiya bundan öncə Ət-Tanf bazası yaxınlığında ABŞ-ın İŞİD üçün münbit şərait yaratdığını iddia etmişdi.