Kerri: Ukrayna Rusiyaya qarşı güc toplamalıdır
9-10-2017 14:46

Əgər Ukrayna hökuməti korrupsionerləri toxunulmazlıqdan məhrum etməsə, xalqın etibarını itirə bilər.
Bunu Ukrayna mətbuatına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Con Kerri söyləyib.
“Ukrayna iqtisadiyyatının artım vaxtıdır. Ölkə Rusiyanın gələcəkdə edəcəklərinə qarşı güc toplamalıdır. Ukrayna mütləq müstəqil məhkəmə sistemi yaratmalıdır”, – deyə o bildirib