“Türkiyənin küncə sıxışdırılmasına icazə verilməyəcək” - Ərdoğan

Həqiqi haqq sahibləri buralardan sürgün edilib.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib əməliyyatı ilə bağlı açıqlamasında deyib.
“İndi hər şey daha fərqlidi. Qardaşlarımız Hələbdən qaçmağa məcbur oldu. Bu gün Qaziantepə baxın, Hələbdən ayırmaq mümkün deyil. Hələbdəki insanlar o bombaların altından məcburən İdlibə qaçmağa məcbur oldular. İndi də İdlibdə təhlükə altındadılar. Üzərimizə düşən bir vəzifə də İdlib idi. Astanada bununla bağlı işlərə başladıq. Rusiya və İranla qəbul edilən qərarları həyata keçirməyə başladıq. Biz yeni bir Kobani yaşamaq istəmirik. Türkiyənin İraq və Suriyadan gələn təhdidlərlə küncə sıxışdırılmasına icazə verilməyəcək”, - Ərdoğan deyib./axar.az