Yerevanda Sarkisyana qarşı yeni üsyan çağırışı - Video
11-08-2017 15:45

Bu gün Yerevanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib.
İclasın təxirə salınmasından sonra siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.
Erməni KİV-ləri xəbər verir ki, aksiya zamanı hakim Sarkisyan rejiminin əleyhinə fikirlər səsləndirilib.
Aksiyaçılar Ermənistanı Sarkisyanın cinayətkar dəstəsindən azad etmək üçün xalqı silahlanmağa çağırıblar.