Qarğa evə girdi, körpəni öldürdü
11-08-2017 14:55
Misirin İsgəndəriyyə şəhərində qarğa bir evə girərək 7 aylıq körpəni öldürüb.
Hadisə ilə bağlı İsgəndəriyyə şəhərinin polis bölməsi məlumat yayıb.
Məlumata görə, balkondan evə girən qarğa otaqda yatan Adəm adlı körpəni boynundan yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatı xilas etmək mümkün olmayıb./modern.az