Türkiyə vətəndaşının pulunu oğurlayan qadın tutuldu
5-08-2017 13:10

Bakıda Türkiyə vətəndaşının pulunu oğurlamaqda şübhəli bilinən qadın tutulub
Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 18-də Türkiyə vətəndaşı Ümmet Yılmazın cibindən 44 manatını və 600 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Rəqsanə Zeynalova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirirlir.