Trampın komandasında ağır küçə söyüşləri – Növbəti qalmaqal

Ağ Evdə yeni qalmaqal baş verib.
Birləşmiş Ştatlar Ağ Evin yeni kommunikasiya direktoru Entoni Skaramussinin prezidentin yaxın komandasına ağır təhqirləri ilə çalxalanır.
"The New Yorker" jurnalının müxbiri Rayan Lizza ilə telefonda danışan Skaramussi Trampın xüsusi işlər üzrə müdiri Rayns Pribusu "paranoik şizofren" adlandırıb. Pribusun bu yaxınlarda istefa verəcəyini bildirən Skaramussi onun bu yaxınlarda prezident əleyhinə kampaniya aparacağını da gözlədiyini bildirib.
Söyüşlərinə davam edən Skaramussi Ağ Evin baş strateqi Stiv Bannon haqqında küçə söyüşləri işlədib: "Mən Stiv Bannon deyiləm.......yalamıram. Ölkəmə xidmət etmək üçün burdayam".
Xəbər mətbuata sızdıqdan sonra Skaramussi Tvitter səhifəsində söyüş söydüyü üçün pərt olduğunu yazıb.
"BBC Washington"uun müxbiri Entoni Zurxer Ağ Evdəki savaşda səflərin bəlli olduğunu, Tramp administrasiyasının bu heyətlə yoluna çətin davam edəcəyini bildirir. Müxbirin fikrinə görə Tramp yeni təyin etdiyi Skaramussini vəzifədə uzaqlaşdıra bilməz. Çünki bu, səhv etdiyini qəbul etməsi mənasına gələ bilər./olke.az